Yasamalda elektrik enerjisinin verilişində fasilə yarandı

ÖLKƏ
13:30 / 07.10.2020
726

Bu gün saat 12.20-də Bakının Yasamal rayonun  ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib. 

Bununla bağlı “Azərenerji” və “Azərişıq” birgə məlumat yayıb. 

Qeyd edilib ki, bu, SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub: “Narahatlığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir”. 

Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edib.

1