66 metrlik qüllədə Azərbaycan bayrağı dalğalanır

ÖLKƏ
14:10 / 07.10.2020
1240

Türkiyənin Tokat şəhərinin Turhal rayon bələdiyyəsi ordumuza dəstək məqsədilə 66 metr hündürlüyü olan qülləyə Türkiyə və Azərbaycan bayraqlarını asıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Tuhal bələdiyyəsini sədri İlker Bekler açıqlama verib. O, 30 ilə yaxındır quldur dövlət olan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın vandalların əlindən azad edilməsi üçün başlatdığı əməliyyatlarda Azərbaycanın yanında olduqlarını bildirib.

"Başlığımız "İki dövlət, tək millət"dir. Ozanın da dediyi kimi "Azərbaycan ürəyimdə şah damardır". Biz eyni ananın iki oğlu kimiyik. Bu səbəbdən dəstəyimizlə maddi və mənəvi olaraq yanlarında olduğumuzu bildirmək istəyirəm", - deyə Bekler əlavə edib.

0