Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizdə keçirdiyi əks-hücum əməliyyatı zamanı daha bir erməni hərbçisi ağ bayraq qaldırıb.
Trend-in məlumatına görə, 2001-ci il təvəllüdlü erməni əsgəri Narek Qarik oğlu Amirzanyan səngərdən çıxaraq Azərbaycan əsgərlərinə könüllü təslim olub. Təslim olan əsgərin görüntüləri sosial şəbəkələrdə yayılıb.