Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək.
HİT.Az-ın məlumatına görə, bunu Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib.
O bildirib ki, həmin park yaxın zamanlarda salınacaq.