Ekspert: “Azərbaycan qoşunları xeyli irəliləyib” - VİDEO

15:06 / 08.10.2020
1725

Hərbi mütəxəssis Hans Kloss (adı məxfilik səbəbi ilə açıqlanmır) “Caliber”in müstəqil hərbi-analitik İnternet layihəsi “Atəş Xətti”nin ikinci buraxılışında analitik Heydər Mirzəyə cəbhədəki vəziyyəti izah edib.

Mütəxəssis erməni tərəfinin Azərbaycanın şəhər və rayonlarına atdığı bəzi mərmilərin niyə partlamadığını açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat-taktiki raket sistemləri üçün raketlər də daxil olmaqla, düşmənin sursatlarının çoxunun vaxtı bitib.

O qeyd edib ki, hazırda qoşunlarımız əhəmiyyətli dərəcədə irəliləyib.

Bildirilir ki, Tərtər və Bərdə bölgələri Ağdam istiqamətindən atəşə tutulur.

0