Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yeni rəis təyin olunub.
Pravda.az-ın məlumatına görə, İdarənin rəisi vəzifəsinə Cəfərov İlqar Xanlar oğlu təyin edilib. Artıq Nazirliyin saytında da İlqar Cəfərovun adı İcra Baş İdarəsinini rəisi kimi yazılıb.
Qeyd edək ki, İlqar Cəfərov yeni təyinatından əvvəl Ədliyyə Nazirliyinin Katibliyinin rəisi olub və Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsini icra edib.