Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
HİT.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxsi qətlə yetirilib, 171 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 137-dir.