"Novaya qazeta"nın baş redaktoru: "Laçın dəhlizini Dağlıq Qarabağdakı PKK yaraqlıları qoruyur"

ÖLKƏ
14:14 / 10.10.2020
1171

"İşğal altındakı Dağlıq Qarabağda kürd silahlıları var: Laçın dəhlizini qoruyanlar da onlardır".

HİT.Az Dominant.Az-a istinadən xəbər verir ki, bunu “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov “Exo Moskva” radiostansiyasının efirində deyib.

“Müsəlman kürdlər Dağlıq Qarabağı dəstəkləyir və Ermənistanı Azərbaycan ərazisindən, Qarabağdan ayıran Laçın dəhlizini qoruyurlar. Onlar müsəlmandılar, erməniləri dəstəkləyirlər", - deyə Muratov Dağlıq Qarabağdan danışarkən qeyd edib.

Muratovun açıqlaması erməni işğalçılarının PKK terror qrupu ilə iş birliyinin və işğal altındakı Azərbaycan torpaqlarında terrorçuların mövcudluğunun növbəti təsdiqidir.

Dəfələrlə erməni işğalçılarının Suriya və Livan daxil olmaqla Yaxın Şərqdən işğal altındakı Qarabağa terrorçuları aktiv şəkildə aparması barədə məlumatlar verilib.

9