“Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla balı olaraq real addımlar atılmalıdır. Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması olarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur”.
HİT.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov onu da deyib ki, hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir.