“Düşmən atəşkəsi pozsa, döyüşlər davam edəcək” - Polkovnik

17:25 / 10.10.2020
1635

“Azərbaycan ordusu qarşısına qoyduğu məqsədləri yerinə yetirməyə davam edir. Atəşkəs o demək deyil ki, tapşırıqlar dayanıb. Hədəflər daim nəzarət altındadır. Əmr verilibsə ki, atəşkəs dayansın, Azərbaycan ordusu bu əmrə tabe olacaq. Düşmən tərəf atəşkəsi pozsa, Azərbaycan ordusunun vasitələri dərhal cavab verəcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, atəşkəs olduğu halda belə müəyyən nəzarət mexanizmləri qüvvədədir, bunların səlahiyyətlərinə uyğun olaraq addımlar atılır:

"Düşmən atəşkəsi pozur və döyüşə nəzarət edən orqanların nümayəndələri qeydiyyata alır, təsir göstərib atəşkəsin pozulmasının qarşısını ala bilmədikləri halda biz özümüz onları susdururuq. Hazırda Atəşkəs rejimində digər mexanizmlərin fəaliyyətindən çox şey asılıdır. Həmin mexanizmlərin fəaliyyəti ilə əlaqədar silahlı qüvvələr müəyyən məlumat alacaqlar və o məlumatlar əsasında artıq silahlı qüvvələrin qarşı tərəf atəşkəsi pozsa hansı addım atacağı haqqında əlavə tapşırıqlar olacaq".

Ş.Ramaldanov qeyd edib ki, bu atəşkəs meyitlərin qarşı tərəfə qaytarılması ilə bağlıdır:

"Humanitar sülh bitdiyi zaman, əmr verilsə, döyüşlər bərpa olunacaq".

1