Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun Boyat kəndinəu200b atdığıu200b mərmilər fərdi evlərə ciddi ziyan vurub.
HİT.Az-ın Report-a istinadən məlumatına görə, Ermənistan ordusu tərəfindən Boyat kəndiu200b daim atəşəu200b tutulub. Düşmənin təxribatı nəticəsində kənd ərazisində olan fərdi yaşayış evləri ciddi ziyan görüb.
Kənd sakinləri bildiriblər ki, düşmən birbaşa mülki əhalini hədəfə alır: “Onların məqsədi əhali arasında ruh düşkünlüyü yaratmaqdır. Erməni vandallarının atdığı mərmilər Azərbaycan Ordusuna güvənən sakinləri qorxutmur”.
Qeyd edək ki, düşmən təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilir.


