Ermənilərin Ağcabədiyə atdığı mərmilər fərdi evlərə ziyan vurub - VİDEO

14:59 / 12.10.2020
674

Ermənistan silahlı qüvvələrinin Ağcabədi rayonunun Boyat kəndinə​ atdığı​ mərmilər fərdi evlərə ciddi ziyan vurub.

HİT.Az-ın Report-a istinadən məlumatına görə, Ermənistan ordusu tərəfindən Boyat kəndi​ daim atəşə​ tutulub. Düşmənin təxribatı nəticəsində kənd ərazisində olan fərdi yaşayış evləri ciddi ziyan görüb.

Kənd sakinləri bildiriblər ki, düşmən birbaşa mülki əhalini hədəfə alır: “Onların məqsədi əhali arasında ruh düşkünlüyü yaratmaqdır. Erməni vandallarının atdığı mərmilər Azərbaycan Ordusuna güvənən sakinləri qorxutmur”.

Qeyd edək ki, düşmən təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilir.

2