"Gəncədə evləri dağılan sakinlər yeni mənzillə təmin ediləcək" - İcra başçısı

ÖLKƏ
17:20 / 12.10.2020
872

“Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”.

HİT.Az-ın məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar:

“Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman insanların yanındadır. Daim burada zərərçəkənlər barəsində maraqlanırlar”.

0