Kanadada ermənilərdən ibarət qrup azərbaycanlıya hücum edib.
Bununla bağlı Fərid Qardaşxanov sosial şəbəkə hesabında özü məlumat verib.
Onun sözlərinə görə, avtomobili ilə hərəkətdə olan zaman ermənilər ona hücum ediblər:
“Onlar avtomobilimin qarşısını kəsdilər. Maşınıma ciddi zərər yetirilib. Kanadalı məmurlardan xahiş edirəm ki, həyatımın təhlükəsizliyi üçün bu məsələni xüsusi diqqətdə saxlasınlar” (Oxu.az)