İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik - Kəmaləddin Heydərov

ÖLKƏ
12:43 / 13.10.2020
912

“Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.

HİT.Az Report-a istinadla xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır:

“Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.

0