Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb.
Bundan başqa, 277 mülki obyekt, 1505 yaşayış evi və 66 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.