Ermənistan silahlı qüvvələri Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir.
Ermənilər rayonun Kürdmahmudlu və Alıxanlı kəndlərini "Smerch" tipli raketlərdən atəşə məruz qoyub.
Hadisə nəticəsində rayonun Kürdmahmudlu kəndində 20-yə yaxın evə ziyan dəyib. Həmçinin Alıxanlı kəndində də bir neçə ev yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. (trend)