Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO

ÖLKƏ
12:06 / 15.10.2020
5732

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətinə atdığı “Toçka-U” tipli operativ taktiki tipli raketin görüntülərini əldə edilib.

Cəhbə xəttinə ezam olunan Oxu.az-ın müxbirinin məlumatına görə, Azərbaycanın Hərbi Hava Qüvvələri həmin raketi göydə zərərsizləşdiriblər. 

Görüntülərdən aydın olur ki, Hərbi Hava Qüvvələri raketin döyüş başlığını zərərsizlədiriblər və qalan hissəsi yaşayış məntəqəsinin bir neçə yüz metliyində yerə düşüb.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın yaşayış məntəqələrini hədəf seçib. Raketin düşdüyü yerdə Azərbaycana məxsus hərbi obyekt, texnika, o cümlədən, şəxsi heyət yoxdur. 

Ətrafdakı yaşayış məntəqələrinin təhlükəsizliyi baxımından videonu panoram şəkilində təqdim etmirik.

 

1