Türkiyədə ağır yol qəzası - 3 azərbaycanlı diri-diri yandı

ÖLKƏ
19:16 / 23.05.2020
2767

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Of-Çaykara yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı – Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

İnsident nəticəsində avtomobildə olan 3 azərbaycanlı diri-diri yanıb, yanıq xəsarətləri alan sürücü isə dövlət xəstəxanasına çatdırılıb.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

 

0
Qafqazinfo.az