Ermənilərin son Tərtər təxribatı zamanı ölənlərin sayı 4-ə çatdı (Yenilənib)

ÖLKƏ
17:58 / 15.10.2020
994

Ermənistan ordusu Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

HİT.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə zamanı yaralanan 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu da vəfat edib.  

****

Ermənistan silahlı qüvvələrinin qəbirstanlıqda dəfn mərasimini atəşə tutması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

HİT.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində Tərtər rayon sakinləri Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979), Qənzənfərli Rafael Qəzənfər oğlu (1986) ağır xəsarət alıb.

Rayon sakinləri Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989) və Zamanov Şakir Xasay oğlu (1988) hadisə yerində həlak olublar.

7