Hazırda 600-dən çox şagirdin yoluxması müəyyənləşib.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayevin sözlərinə görə, şagirdlərin heç də hamısı məktəbə getmir:
“Yoluxanlardan təkcə 25 faizi məktəbə gedən şagirdlərdir”.
O qeyd edib ki, yoluxmaya görə, Sumqayıt, Abşeronda yerləşən məktəblər daha riskli görünür.