Gəncədə ölənlərin sayı 12-yə, yaralı sayı 40-a çatdı (Yenilənib)

ÖLKƏ
06:00 / 17.10.2020
2430

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

HİT.Az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.

**** 

Ermənistan Silahlı Qüvvələri Gəncəni növbəti dəfə raket atəşinə tutub.

HİT.Az xəbər verir ki, ilkin məlumatlara görə, 6 nəfər həlak olub, 35-dən çox insan yaralanıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

20-dən çox binanın dağıldığı qeyd olunur. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altında qalanları çıxarmağa çalışırlar.

14