Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi terror hadisələri ilə bağlı sosial şəbəkələrdə etiraz aksiyasına başlanılıb.
HİT.Az-ın Qafqazinfo-ya itinadən verdiyi xəbərə görə, bununla bağlı Tvitter mikrobloqunda başladılan #ArmenianTerrorism həştəqi ilə paylaşımlar dünya üzrə trend olub. Hazırda təkcə bu həştəq üzrə 210 minə yaxın tvit atılıb və dünya üzrə 4-cü yerdə qərarlaşıb. #ArmenianTerrorism həştəqi üzrə paylaşımlar Türkiyədə 1-ci olub.
Almaniyada isə hazırda 7-ci ən çox paylaşılan həştəq olsa da, son sutkanın nəticələrinə görə 3-cü yerdədir. Bu həştəq ən çox müzakirə olunmasına görə 8 saatlıq gündəmlə dünya üzrə birinci yerdə olub.
Bundan başqa, tvitterin Türkiyə gündəmində #ArmenianKillsCivilians (177 min tvit), #Gence (158 min tvit), #Mingeçevir (54 min tvit), #ArmenianAggression (46 min tvit) həştəqləri ardıcıl olaraq 2 və 5-ci yerləri tutub.