Suqovuşan və Talışa gedən yolların bərpasına başlanıldı

ÖLKƏ
11:19 / 20.10.2020
971

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən HİT.Az-a verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

0