PKK-nın Qarabağda 7 düşərgəsi üzə çıxdı (VİDEO)

ÖLKƏ
12:10 / 22.10.2020
1785

Erməni silahlı qüvvələri ilə birgə Qarabağda döyüşən terroçu təşkilat kimi tanın PKK-nın düşərgələri ifşa edilib. 

HİT.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK və təşkilatın Suriyadakı birliklərinin tərkibində yer alan “Nübar Ozaryan alayı”na bağlı terroçuların Qarabağda 7 düşərgə qurduğu müəyyən edilib.

Düşərgələr Ermənistanla Qarabağ arasında logistik dəhliz kimi istifadə edilən Laçın-Kəlbəcər xəttində yerləşir.

Bu bölgə ən məhsuldar su ehtiyatları ilə yanaşı zəngin yeraltı sərvtələrə malikdir. Burada qızıl və mis başda olmaqla 155 mineral yatağı beynəlxalq şirkətlər tərəfindən idarə olunur. PKK da Suriyada olduğu kimi burada həmin qaynaqların keşiyini çəkir.

PKK terroçularının Laçındakı düşərgənlərindən biri daha çox mərkəzi qərargaha bənzəyir. Burada silah anbarları, xüsusi hərbi hazırlıqlar üçün meşə sahəsi var. 2017-ci ildə Raqqada öldürülən TİKKO-nun (erməni terror təşkilatı kimi tanınır -red) liderlərindən olan Nübar Ozaryanın adını daşıyan alayın mərkəzi qərargahı isə Kəlbəcərdədir.   

PKK-ya bağlı media orqanları da təşkilata bağlı terrorçuların Qarabağdakı varlığını gizlətmir.

Türkiyə mediasının yazdığına görə, Azərbaycanın kəşfiyyat orqanları terrorçuların adlarını müəyyənləşdirlir. Terrorçulardan biri Laçındakı düşərgərlərdə olan Rakkadan Ermənistana gedən D.A. adlı terroçudur. Əvvəllər terror təşkilatlarının media orqanlarında çıxış edən D.A.-nın 9 ay Suriyada cəbhə xəttində olduğu bildirilir.

Ermənistan 2008-ci ildən bəri Şimali İraqdan qaçan PKK terrorçularını Dağlıq Qarabağa yerləşdirir. Hələ o dövrdə Kürd İctimai Birlikləri Beynəlxalq İttifaqının sədri Merab Şamoyev bir qrup terrorçu ilə Xankəndini ziyarət etmiş, səfər çərçivəsində İraq və Türkiyədə gələn PKK terrorçularının Laçın və Kəlbəcərə yerləşdirilməsi müzakirə olunmuşdu.

Məlumatlarda deyilir ki, Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşən “Nübar Ozanyan alayı”nda dünyanın hər yerindən gələn terroçular var. Yunan nəşrinə danışan alay komandiri Nübar Melkonyan rəhbəri olduğu qrupun Hələb, İngiltərə, Fransa və ABŞ-dan olan erməni könüllülərindən ibarət olduğunu bildirib. Melkonyan əlavə edib ki, gələn könüllülər erməni dili və mədəniyyəti haqqında məlumatsızdır. O könüllülərin düşərgələrdə təlim keçdiyini qeyd edib. Melkonyan başqa bir açıqlamasında isə bildirib ki, muzdlu döyüşçülər Ras əl-Ayn, Tall Təmr və Əbdüləziz dağı da daxil olmaqla Əl-Həsəkə vilayətində döyüşüb.

 

8