Ermənilərin mülki vətəndaşlara qarşı təcavüzü davam edir.
HİT.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.
“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı təcavüzü davam edir. Düşmənin Smerç raketinin həyətlərinə düşməsi nəticəsində Tərtər şəhər sakini 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə vəfat edib. Həmin vaxt mövsümlə əlaqədar olaraq Orxan xurma yığırdı”.