“Guardian” nəşrinin binası qarşısında aksiya keçirildi: "Obyektiv ol!"

ÖLKƏ
13:34 / 24.10.2020
823

Londondakı azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib. Tədbirdə, aksiya iştirakçıları əllərində “Guardian, Azərbaycanı da dinlə”, “Guardian, obyektiv ol”, “Guardian, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Daha sonra nəşrə ünvanlanan məktub "Guardian"ın əməkdaşına təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda “Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb.

Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.

0