İş adamı Fərid Novruzi “Mercedes” hədiyyə etdiyi əsgərlə görüşüb.
HİT.Az xəbər verir ki, bu barədə F.Novruzi özü məlumat yayıb:
“Qəhrəman qardaşım tapıldı. Qardaşımızı Allah saxlayıb. Döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı. Dünən səhər, “Facebook”da bir izləyicim, əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı, onun kontaktlarını göndərdi və əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igidlə qürur duydum. Qərar aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim”.
İş adamı yaralı əsgərimizin həmin anada çəkilişdən xəbərsiz olduğunu söyləyib:
“Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamsını mənimlə bölüşdü”.
O, həmçinin əsgərin qərhəmanlığından da danışıb və bildirib ki, belə oğullarımız olduqca heç bir düşmən önümüzdə dayana bilməz.
Xatırladaq ki, əsgərimiz Hadrut uğrunda gedən döyüşlərdə “iki qapılı “Mercedes” avtomobili mənim xəyalım olub” dediyi video sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra F.Novruzi əsgərə xəyal etdiyi iki qapılı avtomobili alıb.