Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
HİT.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı XİN başçıları Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə ediblər.