Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.
HİT.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oktyabrın 28-də saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.