Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
HİT.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.