Ermənistanın Bərdə rayonuna raket atması nəticəsində mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Naziriyinin (FHN) bir əməkdaşı həlak olub, biri isə ağır yaralanıb
Bu barərə HİT.Az-a FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Qeyd edək ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.