Kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar - Hikmət Hacıyev (VİDEO)

ÖLKƏ
12:24 / 29.10.2020
2391

“Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar”.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib. 

O bildirib ki, düşmən döyüş meydanından qaçır:

“Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”. 

H.Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir: "Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?

Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar".

 

1
Qafqazinfo.az