Erməni terror aktları ilə bağlı istintaqın ilkin nəticələri sabah açıqlanacaq

ÖLKƏ
12:36 / 29.10.2020
736

“Ermənilərin törətdiyi bu əməllər insanlığa qarşı cinayətdir. Bunlar eyni zamanda beynəlxalq konvensiyalarla nəzərdə tutulan cinayət əməlləridir ki, bütün konvensiyaları Azərbaycan ratifikasiya edib”.

APA-nın yerli müxbirinin məlumatına görə, Baş Prokuror Kamran Əliyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Baş Prokuror bildirib ki, Azərbaycanın cinayət işi başlanması və bunu beynəlxalq müstəviyə çıxarılması üçün hüquqi əsasları var: “Həm beynəlxalq konvensiyanın tələblərinə, həm daxili qanunlarımıza, Cinayət Məcəlləsinin tələblərinə görə, istintaq hərəkətləri aparmaq üçün hüquqi əsaslar mövcuddur. Bir daha qeyd edirəm, yaxın tarixə nəzər salsaq, görərik ki, bu kimi bəşəriyyət əleyhinə törədilən cinayətləri, hərbi, müharibə cinayətlərini törətmiş bütün şəxslər gec-tez cinayət məsuliyyətinə cəlb olunublar. Beynəlxalq tribunal qarşısında cavab veriblər. Məlumata əsasən, 27 sentyabrdan bu günə 90 dinc əhali erməni terrorunun qurbanı olub. Bu, da çox ağır maddələrdir. Bunlarla bağlı ilkin istintaqın nəticələrini sabah açıqlamağı planlaşdırırıq”.

0