Ermənistanın yaydığı video saxtadır - MN

ÖLKƏ
13:20 / 29.10.2020
984

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb. 

Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil: "Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

0