"Cəlal Arutunyan məhv edilib, Ermənistan tərəfi isə..." - Baş Prokuror

ÖLKƏ
15:39 / 30.10.2020
1493

“Bu raketlər həmin ölkənin yüksək rəhbərliyində təmsil olunan şəxslərin əmri ilə atıla  bilər”.

HİT.Az-ın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, Araik Arutunyan və digərlərinin sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırışlar var: “Məqsəd dinc əhalini qorxutmaqdır. İstintaqın ilkin nəticəyə görə, Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistanın nümayəndəsi Araik Arutunyan, onun köməkçisi David Babayan, Cəlal Arutunyan və qondarma qurumun qondarma “parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib. Azərbaycanın müvafiq qurumlarına, o cümlədən İnterpola müraciət olunub”.

K. Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb: “Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir, ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq. Onu da deyim ki, onlar təkbaşına deyil, Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə bu cinayəti törədiblər. Bu, ilkin istintaqın nəticələridir”.

0