27 il sonra Mincivandakı evindən fotolar paylaşdı

17:30 / 31.10.2020
3324

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova işğaldan azad edilən Zəngilanın Mincivan kəndindən fotolar paylaşıb.

“MediaPost” xəbər verir ki, o, 27 il sonra babası, həkim Kərəm Məmmədovun evinin hələ də yerində olduğunu yazıb:

“Doğulduğum və uşaqlığımın keçdiyi evi dünyaya təqdim etmək istəyirəm. 27 il sonra hələ də salamatdır, babam Kərəm Məmmədovun bünövrəsini qoyduğu hər divar erməni işğalından qurtuldu”.

0