“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!

ÖLKƏ
14:40 / 01.11.2020
1024

Şanlı Azərbaycan Ordusu torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşdüyü dövrdə hər bir azərbaycanlının ali borcu onların yanında olmaq, dəstək göstərməkdir.

Optimal Elektronika şirkəti də hər zamankı kimi dövlətin, xalqın, ordunun yanındadır.

Azərbaycan Ordusuna öz dəstəyini göstərərək şirkət Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürərək belə yardımların davamlı olacağını qeyd edib. 

Onu da qeyd edək ki, Optimal daha əvvəl ölkəmizin bu şərəfli dövründə milli ordumuzda vuruşaraq şəhid olmuş əziz şəhidlərimizin Optimal Elektronikaya olan bütün kredit borclarının bağışlandığını bildirərək, ailələrinə və sevdiklərinə başsağlığı diləklərini çatdırmışdı. Bununla yanaşı Azərbaycanın ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir Optimal əməkdaşına şirkət olaraq dəstəyini göstərərək, onların və ailələrinin yanında olduğunu bildirir və maaşlarının 3 mislində hesablanmasına qərar vermişdir.

Canı ilə, qanı ilə vətənimizi, torpağımızı qoruyan, Vətənə borcunu ödəyən şəhidlərimizə olan vəfa borcumuz ödənməz.

Azərbaycan ordusunun maddi-texniki təchizatını ən yüksək səviyyədə quran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın azad olunması uğrunda yürütdüyü siyasətini dəstəkləyir və hər zaman yanında olduğumuzu bildiririk. 

Bu şərəfli dövrdə Optimal olaraq ordumuzun və xalqımızın yanında olduğunu bildirir, əsgərlərimizə böyük qələbələr arzu edirik.

Güc birlikdədir! Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

0