Azərbaycanda son sutkada koronavirusun statistikası

ÖLKƏ
17:41 / 01.11.2020
2158

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 56444 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11547 nəfərdir. 

Ölkədə son sutka ərzində 10632, hazırkı dövrədək isə 1363539 test aparılıb. 

16