Suqovuşana bayraq sancan əsgərin atası: "Şəhid olması xəbərini eşitdim..." - VİDEO

ÖLKƏ
12:53 / 02.11.2020
2920

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar.

HİT.Az xəbər verir ki, bunu AzTV-nin videoreportajında Suqovuşana bayrağımızı sancan əsgər İlkin Fərzəliyevin atası Azad Fərzəliyev deyib.

Azad Fərzəliyev bildirib ki, oğlu ilə danışanda təkcə bunu deyib: "O bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma!

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır".

0