ABŞ əsgəri separatçıların "məclisi"ndə nə gəzir? – VİDEO

ÖLKƏ
15:18 / 02.11.2020
1999

3 gündür yoxa çıxan və heç bir paylaşım etməməklə Azərbaycan Ordusunun endirdiyi zərbə nəticəsində məhv edildiyi haqda ehtimalları gücləndirən “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyan bu gün üzə çıxıb.

Axar.az xəbər verir ki, bugünkü müraciətində o, “qəhrəmanlıqlar” göstərən bəzi şəxsləri mükafatlandırdığını elan edib.

Video isə bir neçə məqama görə diqqəti cəlb edir:

1. Arutyunyan bugünkü müraciətində bir dəfə də olsun, öldürülməsi barədə yayılan xəbərə reaksiya verməyib. Halbuki o, ən azı bu mövzuya toxunmalı idi. Bu isə sözügedən “təqdimat”ın heç də bu gün edilmədiyi təəssüratı yaradır.

2. Arutyunyanın yanında dayanan ABŞ ordusuna məxsus formada olan əsgərdir. O, kimdir və Qarabağ separatçılarının “məclisi”ndə ABŞ ordusunun uniformasının görünməsindən niyə narahat olmur?

Maraqlıdır ki, Arutyunyan yanındakı iki şəxsi təqdim etsə də, onun adını çəkmir.

3