Döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan Azərbaycana qarşı assimetrik və hibrid müharibə aparmağa başlayıb.
HİT.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu cür müharibə metodları terror vasitəsilə həyata keçirilir:
"Bununla bağlı xüsusilə xaricdə yaşayan azərbaycanlılar məlumatlandırılır. Onlara diqqətli və ehtiyatlı olmaları ilə bağlı tövsiyələr verilir".