Ağrı dağının üzərində Azərbaycan və Türkiyə bayraqları əks olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağrı bələdiyyəsinin sədri Savcı Sayan Tvitterdə qeyd edib.
Layihənin fotosunu paylaşan sədr bildirib ki, İrəvan sakinləri artıq Ağrı dağında Azərbaycan-Türkiyə bayrağını birlikdə görəcək:
“Ağrı bələdiyyəsi olaraq sürətli iş görürük. Yaxın vaxtlarda Ağrı dağının Ermənistana baxan tərəfində bu görüntünü görəcəksiniz”.