Ermənistanın hərbi təxribatları nəticəsində ziyan dəyən ümumtəhsil məktəblərinin sayı məlum olub.
Təhsil Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.
Ağdamda 14, Tərtər və Gəncənin hər birindən səkkiz, Füzulidə beş, Goranboyda üç, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən Kəlbəcərin üç məktəbi, Yevlax, Bərdə və Ağcabədidə hər birində bir məktəbə ziyan dəyib.