Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
HİT.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür", - məlumatda deyilir.