Təqdim etdiyimiz görüntülər dünən Şuşa şəhərində Abxaziyanın ANNA media qrupunun hərbi müxbiri Aleksandr Xarçenko tərəfindən lentə alınıb.
Göründüyü kimi, Şuşada erməni hərbçilərdən başqa heç kim qalmayıb.
Azərbaycan Ordusu yaxındadır, Şuşa-Xankəndi yolu bağlanıb. Bildiyiniz kimi, Şuşa-Laçın-Gorus yolu da işləmir.
Qeyd edək ki, bu, hələ dünən çəkilmiş görüntülərdir.
Ümid edirik ki, 1-2 gün sonra Şuşadan videoları biz çəkəcəyik! /Musavat.com