Qış gəlir, ermənilər gizlənməyə yer tapmayacaq – Rus mətbuatı

ÖLKƏ
15:22 / 06.11.2020
2304

Qış mövsümü Azərbaycan Ordusunun əks-hücum əməliyyatına ciddi təsir göstərməyəcək.

Yenisabah.az xəbər verir ki, rusiyalı ekspertlər belə düşünür.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti və “Al-Monitor” internet qəzetinin köşə yazarı Kirill Semyonov hesab edir ki, qış mövsümü erməni tərəfinə zahiri cəhətdən hansısa təsir göstərə bilər, amma məsələyə real hərbi nöqteyi nəzərdən yanaşanda vəziyyətin dəyişməyəcəyi aydın olur. 

“Azərbaycan Ordusu tədricən Qarabağın dərinliklərinə doğru irəliləyəcək. Hətta məsafə döyüşlərinin yubadılması,  DQR və Ermənistandan  canlı qüvvənin qarışdırılması ümumi təhlükəsizliyə təsir edir - İrəvanın resursları tükənir, erməni hərbçilər isə mövqelıərini təslim edirlər.

Əslində zaman Ermənistanın əleyhinə, fərqli iqtisadi mənbələrə sahib olan Azərbaycanın isə əlinə oynayır. Ümumiyyətlə, hava şəraiti Azərbaycan Ordusunun irəliləməsini ləngidə bilər, lakin kampaniyanın strateji gedişatını dəyişdirə bilməz”, - deyə ekspert News.ru-ya bildirib.

“Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi eskpert İqor Korotçenko isə bildirib ki, hərbi əməliyyatlara teatrı artıq dəyişib. “İndi dağlıq və meşəlik ərazidə döyüşlər gedir. Bu cür şəraitdə hərəkət taktikası fərqlidir. Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının həyatını xilas etmək və hərbi əməliyyatları yerli xüsusiyyətlərə ən uyğun formata keçirmək məntiqinə əsaslanaraq taktiki yanaşmalarını dəyişdirə biləcəklərini nümayiş etdirirlər. Bu kontekstdə qış mövsümü Azərbaycan Ordusunun hücum qabiliyyətinə təsir göstərməyəcək. Sadəcə irəliləmə tempi dəyişə bilər”, - deyə ekspert əlavə edib.

Ekspert bildirib ki, qış mövsümündə erməni hərbçilərinin Pilotsuz Uçuş Aparatlarının (PUA) hədəfindən yayınmaq üçün meşə ərazisindən örtük kimi istifadə etməsi çətinləşəcək. “PUA-lar onları daha effektiv şəkildə aşkar edə biləcək və Azərbaycanın sərgilədiyi hava üstünlüyü davam edəcək. Azərbaycan Ordusunun irələliməsi qaçılmazdır. Sadəcə əraziləri qarşı tərəfin kiçik qruplarından “təmizləmək” qalır ki, bu şübhəsiz vaxt aparacaq. Laçına nəzarəti ələ keçirmək və Laçın dəhlizini kəsməklə yanaşı Şuşanın azad edilməsi də qaçılmazdır.

Qış mövsümünün başlaması hərbi kampaniyanın gedişatına kritik təsir göstərməyəcək”, - deyə İqor Korotçenko vurğulayıb.

0