Yeni metrostansiyada inşaat işləri yekunlaşır - RƏSMİ

ÖLKƏ
18:31 / 07.11.2020
1462

“Bakı metropoliteni” QSC-nin şərti adı “B-3” olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir.

QSC-dən HİT.Az-a verilən məlumata görə, yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar məhz bu standartlara uyğun tikiləcək. 

Bənövşəyi xətdə infrastrukturda, hərəkətin təşkilində, idarəetmə sistemlərində yeni texnologiyalar tətbiq olunur. Hazırda Fransanın “Thales” şirkəti tərəfindən Bənövşəyi xətdə SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq edilir.

0