Əliyar Əliyevin doğulduğu kənd də azad olundu

ÖLKƏ
15:29 / 07.11.2020
937

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan Əliyar Əliyevin doğulduğu kənd işğaldan azad edilib.

Ali Baş Komandan İlham Əliyevin bu gün açıqladığı işğaldan azad edilən ərazilər arasında Ə.Əliyevin anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndi də var.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də həmin kənddə anada olub və 1992-ci il oktyabrın 3-də, 35 yaşında Laçın rayonunda Qarabağ döyüşlərində şəhid olub. O, doğulduğu Qəzyan kəndində dəfn edilib.

Mülki həyatda idman müəllimi olan Ə.Əliyevin şagirdlərindən biri olan Mayis Bərxudarov hazırda general-mayor rütbəsində, birlik komandiri kimi cənub cəbhəsində torpaqları işğaldan azad etməyə davam edir.

0