Müharibə əlillərinə avtomobil verildi - FOTOLAR

ÖLKƏ
18:35 / 09.11.2020
1467

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə 50 minik avtomobili təqdim edilib.

HİT.Az-ın məlumatına görə, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun bu haqq savaşında bir-birinin ardınca tarixi zəfərlər əldə etdiyi, ərazilərimizin Ermənistanın işğalından azad edildiyi bu günlərdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir. Prezident İlham Əliyevin həssas əhali qruplarına, müharibə əlillərinə xüsusi qayısı nəticəsində bu tədbirlər ildən-ilə geniş vüsət alır. Bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan böyük hissəsi artıq verilib, qalanları da ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Həmçinin, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib.

Yeni minik avtomobii ilə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıya, minik avtomobili ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

0